Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazənin Lotu Quliyə mahnı həsr etdi – VİDEO

Müğənni Nazənin Salayeva mərhum kriminal avtoritet, “qanuni oğru” Lotu Quliyə (Nadir Səlifov) mahnı həsr edib. 

Yenisabah.az xəbər verir ki, yeni mahnısını izləyiciləri ilə bölüşən sənətçi mahnının kriminal avtoritetin bacısının adından ithaf olunduğunu qeyd edib:

“Hər zaman qəlblərdə yaşayacaqsan, dəyərli qardaş Quli, Allah səbr versin hamımıza, sevənlərinə, əzizlərinə. Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından Quli qardaşıma ithaf olunur”. 

Qeyd edək ki, kriminal aləmin lideri hesab olunan Lotu Quli ləqəbli Nadir Səlifov 2020-ci ildə güllələnib. O, Antalyada şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalmışdı.

Sözügedən mahnını təqdim edirik:[media=]


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də