Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kənddə oğlanı evinə çay içməyə dəvət etdi, əxlaqsız videosu yayıldı - Görən olmasın gecə gəl...

Lənkəran rayonunda 1994-cü il təvəllüdlü Namil cinsi əlaqədə olduğu tanışı Aybənizin (adlar şərti verilib - red.) intim görüntülərini yayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Namil 25 iyul 2022-ci ildə Aybənizlə görüşərkən könüllü razılıq əsasında aralarında olan seksual hərəkətləri "Xiaomi Redmi 9T" markalı mobil telefon vasitəsi ilə çəkib.

Namil həmin gün saat 12.00-da seksual xarakterli video çəkilişi Aybənizin istifadəsində olan mobil telefona göndərib. Bundan başqa, o, həmin materialın istintaqa məlum olmayan şəraitdə başqaları tərəfindən ələ keçirilməsinə şərait yaradıb, Aybənizin şəxsi həyatına aid sirləri öz razılığı olmadan 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı adamlar arasında yayılmasına səbəb olub.

İstintaq orqanı tərəfindən Namilin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran rayonunun kənd sakini Aybənizi uşaqlıqdan tanıyır, onunla qonşuluqda yaşayır: "Aybənizlə əvvəllər münasibətlərimiz demək olar ki, olmayıb. 2021-ci ilin avqustun axırlarında kənddə yolda olarkən Aybənizi gördüm, ona salam verdim. Aybəniz məndən evdə saxlamaq üçün it tapmağı xahiş etdi. Onun mobil nömrəsini aldım, it tapan kimi xəbər edəcəyimi dedim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bakı şəhərində işə qəbul olub və işləmək üçün paytaxta gəlib: "Lakin Aybənizlə vatsapda danışmağa davam etdik. 2021-ci ilin noyabrında məzuniyyətdə olarkən kəndə qayıtdım. Kənddə Aybəniz məni evə çay içməyə dəvət etdi. Lakin kiminsə görməməsi üçün gecə gəlməyimi xahiş etdi. Mən də onlara getdim. Aybənizlə oral yolla cinsi əlaqədə oldum. Təbii yolla cinsi əlaqədə olmağı təklif etsəm də, Aybəniz bakirə olduğunu və təbii yolla cinsi əlaqədə ola bilməyəcəyini dedi. Bundan sonra Bakı şəhərinə qayıtdım".

Namil deyib ki, 2022-ci ilin fevral ayında yenidən kəndə gəlib: "Aybənizgilin evində onunla görüşdüm, oral yolla cinsi əlaqədə oldum. 2022-ci ilin aprel ayında yenidən iki dəfə görüşdük".

Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə kənddə olarkən yenidən Aybənizin dəvəti ilə onlara gedib: "Bu vaxt Aybənizə məxsus otaqda oral yolla cinsi əlaqədə olduq. İstifadəmdə olan "Xiaomi Redmi 9T" markalı mobil telefonla Aybəniz və mən paltarsız formada olarkən təxminən bir dəqiqəlik videogörüntümüzü çəkdim. Həmin videoda Aybəniz qucağımda çarpayıda uzanmış vəziyyətdə bir-birimizi öpdük. Aybənizgildən çıxaraq yaşadığım evə getdim. Evə getdikdən sonra Aybəniz həmin videogörüntünü istədi. Mən də vatsap vasitəsi ilə həmin görüntünü ona göndərdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra videogörüntünü öz mobil telefonundan silib: "Aybəniz mənə tez-tez ismarıc yazdığı üçün onun mobil nömrəsini bloka atdım. Bakı şəhərində olarkən təxminən avqustun 26-27-də istifadəmdə olan mobil nömrəyə vatsap proqramı vasitəsi ilə Aybənizlə intim videogörüntünü əks etdirən həmin çəkilişi göndərməyə başladı.

Videogörüntünü telefonla çəkməkdə məqsədim sonradan Aybənizi görmədiyim zamanlarda həmin görüntüyə baxmaq olub".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aybənizin sözlərinə görə, Namili həmkəndlisi kimi tanıyıb: "Bizim əvvəllər yaxın münasibətimiz olmayıb. 2021-ci ilin avqsut ayının ortalarında küçədə rastlaşdıq. Namildən saxlamaq üçün it tapmasını xahiş etdim. O da mobil telefon nömrəmi aldı. Bundan sonra münasibətlərimiz başqa məcrada inkişaf etdi. Namil məndən cinsi əlaqədə olmağı xahiş etdi. Mən təklifi qəbul etmədim. Lakin Namil əl çəkmədi və məcbur qalaraq görüşməyə razılıq verdim".

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin noyabrın ortalarında yaşadığı evdə Namillə görüşən zaman bacısı digər otaqda olub: "Namilin bizə gəlməyindən onun xəbəri olmadı. Namillə oral yolla cinsi əlaqədə oldum. O, təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, buna etiraz etdim. Namillə təxminən ümumlikdə 5-6 dəfə görüşürək cinsi əlaqədə olmuşuq. Bəzi vaxtlarda mənim evimdə, bəzi vaxtlar isə Namilin evinin yaxınlığında kimsəsiz evdə görüşürdük. Həmin evin açarları Namildə olurdu".

Zərərçəkmiş deyib ki, sonuncu dəfə Namillə ona məxsus evdə görüşüblər: "Oral və təbii yolla cinsi əlaqədə olduq. Mənim özümdə olmamağımdan istifadə edərək Namil mənimlə təbii yolla cinsi əlaqəyə girdi. Bundan sonra özünün telefonu ilə ikimizi də çılpaq formada videoya çəkdi. Bu zaman Namilin üzərinə uzandım və bir-birimizi öpdük.

Namil getdikdən sonra həmin videogörüntünü mənə göndərməsini xahiş etdim. Həmin gün saat təxminən 12 radələrində "WhatsApp" proqramı vasitəsi ilə həmin görüntünü göndərdi".

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2022-ci ilin avqust ayının sonlarında Namillə arasında olan 53 saniyəlik intim videogörüntünün kənd sakinləri arasında yayıldığını bilib: "Hadisə zamanı evdə mən və Namildən başqa kənar şəxslər yox idi. Həmin videoçəkilişin aparılmasından məlumatım olub".

Zərərçəkmiş şəxs ifadəsinin sonunmda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını bildirib.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin şikayətçi olmamasını, həmçinin dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən Namilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də