Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vilnüsdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib.

Prezident sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Litvanın Prezidenti Gitanas Nauseda və Litvanın birinci xanımı Diana Nauseda qarşılayıblar.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycan və Litva prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də