2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101.9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10.9 faizini təşkil edir.
"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 63.5 faizi yaşa, 23.7 faizi əlilliyə, 12.8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu dövrə olan məlumata görə, paytaxt Bakıda orta aylıq pensiya məbləği 589 manat 35 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilanda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 394 manat 47 qəpik olub.
Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Sabirabad rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiyanın məbləği 300 manat 19 qəpik olub.