Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Paşinyan kimi anormalla heç bir ölkə danışıq aparmaz” - Ermənistan müxalifəti






Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.

Modern.az xəbər verir ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyanın dərhal istefaya göndərilməli olduğunu deyib.

Onun fikrincə, baş nazir öz qeyri-ciddi addımları ilə ölkənin nüfuzuna ciddi zərbə vurub.

“Heç bir ölkə, hətta ən yaxın müttəfiq belə Paşinyan kimi anormal şəxslə danışıqlar aparmaq istəməz. Bu şəraitdə ölkə dünyadan təcriddə qalmaqda davam edir. Azərbaycan isə vəziyyətdən istifadə edərək, öz mövqeyini daha da möhkəmləndirir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də