Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqları qamçı ilə döyən müəllim haqda İLGİNC FAKTLAR

Xəbər verdiyimiz kimi, Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.  Sosial şəbəkədə yayılan görüntülərin Sumqayıtda "Xəmsə" tədris müəssisəsində lentə alındığı bildirilir.

Məsələ ilə bağlı News24.az saytı Sumqayıtda yerləşən "Xəmsə" tədris mərkəzi ilə əlaqə saxlayıb. Bildirilib ki, hadisə həqiqətən də "Xəmsə" tədris mərkəzində baş verib:

"Bu görüntülərdən xəbərimiz olmayıb, biz də yeni görmüşük. Elşad Qurbanov kursumuzda riyaziyyat fənnini tədris edib. O, bizdən pandemiya zamanı  otaq icarəyə götürüb. Bu müddət ərzində heç bir valideyndən şikayət eşitməmişik. Həmçinin həmin valideynlərlə bizim əlaqəmiz olmayıb. Çünki Elşad Qurbanov bizim kursun şəxsi müəllimi olmayıb, sadəcə yer icarəyə götürüb". 

"Hər kəs sizdən belə asanlıqla otaq icarəyə götürə bilərmi?" sualımıza isə cavab belə oldu: "Bu, onun öz işidir. O, bizə əgər o pulu verə bilirsə, müəllimdirsə, burada bir şey yoxdur. Təhsil alıb və diplomu da var. Biz otağı pandemiya vaxtı vermişik. Pandemiya zamanı icazələr olurdu, sözügedən müəllim də həmin vaxt uşaq hazırlaşdırırdı". 

Qeyd edək ki, videoda müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də