Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İntihar edən "Cəsur döyüşçü" medallı qazi döyüşdən qaçdığını zənn edirmiş...

RegionTV.info 
Vətən Müharibəsində ağır kəllə-beyin travması xəsarəti alaraq yaddaşını itirən qazi Vüsal Musayev hazırda Goranboy rayonunda dəfn edilir.
Vətən Müharibəsində ağır kəllə-beyin travması xəsarəti alaraq yaddaşını itirən qazi Vüsal Musayev hazırda Goranboy rayonunda dəfn edilir.
8 yaşından Kəlbəcər rayonunun Zəyli kəndindən köçkün düşən V.Musayev və ailəsi Goranboyun ucqar Börü kəndində yaşayıblar.
Yaxınlarının sözlərinə görə, ötən ilin iyul ayında erməni təxribatı nəticəsində general Polad Həşimov şəhid olduqdan sonra hadisə V.Musayevə psixoloji olaraq ağır təsir edib. Daim özünün məcburi köçkünlük xatirələrini danışaraq bunun qisasını alacağını deyirmiş. Sonda orduya könüllü yazılaraq müddətdən artıq hərbi xidmətçi olmağa qərar verib. Elə yayda da bunun üçün kursa yazılıb və MAXE kursunu bitirəndən bir neçə gün sonra təlimlərə cəlb edilib. Hərbçi kimi ilk maaşını almadan, sentyabrın 27-dən döyüşlərdə iştirak edib.
Hərbi xidmət dövründə Ağdam rayonunun cəbhə zonasında qulluq etdiyi üçün döyüşlərdə həmlə taborunda BTR-lə iştirak edib. İlk 3 gün doğma Kəlbəcəri uğrunda döyüşüb, sentyabrın 30-da isə Talış kəndinə göndərilib. Talış uğrunda döyüşlər zamanı BTR-nin yanında əmr gözləyərkən düşmən minamyotla Vüsal Musayevin hərbi maşınını vurub. Mərminin dalğası Vüsalı bir neçə metr aralıya tullayıb və ayağından qəlpə xəsarətləri alıb. Dalğanın nəticəsində ağır kəllə-beyin travması alan Vüsalda psixoloji problemlər üzə çıxıb.
Vüsal bədənində ağır xəsarətlər olmadığı üçün özünü günahkar bilir, döyüşdən qaçdığını zənn edirmiş. Buna görə də tez-tez yoldaşlarını qoyub gəldiyi üçün həbs ediləcəyindən qorxduğunu deyirmiş. İlk müalicəsindən sonra ona məzuniyyət verilib və evə buraxılıb. Dekabrın 3-də yaşadığı Börü kəndində 22 dərman içərək intihara cəhd edib. Onu dərhal xəstəxanaya çatdırandan sonra həkimlər mədəsini yuyaraq həyatını xilas ediblər. Bundan sonra yaxınları ilə söhbətdə həkimlərin onu öldürmək istədiyini deyirmiş. Vüsal tez-tez vəfat etmiş şəxslərlə söhbət etdiyini yaxınlarına deyərmiş.
O, döyüşə getdiyini və döyüşdüyünü xatırlamasa da, iki azyaşlı övladını və onların adını unutmayıb.
O, bu gecə müalicə olunduğu hospitalın hamamında intihar edib. Yaşadıqları Börü kəndində qəbiristanlıq olmadığı üçün hazırda rayonun Veyisli kəndində dəfn edilir.
Qeyd edək ki, Vüsal Musayev döyüşlərdə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də