Türkiyə 2024/25 mövsümündən Avropa kuboklarında 5 komanda ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Qol.Az “NTV Spor”a istinadən yayıb.
Qeyd edilən mövsümdə bu ölkə UEFA-nın klub reytinqində 12-ci pillədə yer alacaq. Bu, dünən gecə “Bazel”in Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya uduzmasından sonra bəlli olub. Onların mübarizəni dayandırması səbəbindən İsveçrənin reytinqdə Türkiyəni keçə bilməyəcəyi qətiləşib.
Beləliklə, 2024/25 mövsümündən başlayaraq, Türkiyə Avropa kuboklarında 2-si Çempionlar Liqasında olmaqla, 5 komanda ilə yarışacaq. Onlar yarışa aşağı qeyd olunan mərhələdən başlayacaqlar:
Superliqanın qalibi: Çempionlar Liqasının pley-off mərhələsindən
Superliqanın ikincisi: ÇL-in 2-ci mərhələsindən
Superliqanın üçüncüsü: Avropa Liqasının 3-cü mərhələsindən
Superliqanın dördüncüsü: Konfrans Liqasının 2-ci mərhələsindən
Türkiyə kubokunun qalibi: Avropa Liqasının pley-off mərhələsindən
Xatırladaq ki, 2023/24 mövsümündə Türkiyə cari mövsümdə olduğu kimi Avropa kuboklarına 4 komanda (ÇL-də 1 komanda) ilə qatılacaq.