2023-cü ilin I dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 901,3 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatlarda əks olunub.
Aparılan hesablamalar göstərir ki, əmək haqlarında 2022-ci ilin müvafiq dövrünə müayisədə cari dövrdə 11,4 faiz artım baş verib.
Əməkhaqqı neft-qaz sektorunda 3878,2 manat, qeyri neft-qaz sektorunda isə 843,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855,7 manat, özəl müəssisələrdə isə 952,5 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Xəbəri paylaş