Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təyyarə qəzasında itkin düşmüş uşaqlar 16 gün sonra SAĞ TAPILDI

Kolumbiya hərbçiləri mayın 1-də cəngəllikdə qəzaya uğrayan təyyarənin göyərtəsində dörd uşağı sağ tapıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Qustavo Petro bildirib.

“Güclü axtarışlardan sonra Quaviarada təyyarə qəzasında itkin düşmüş dörd uşağı sağ-salamat tapdıq”, – prezident tviterdə yazıb.

Siyasətçinin sözlərinə görə, uşaqlar 16 gün cəngəllikdə olublar. Onların arasında 11 aylıq körpə də var.

Xatırladaq ki, mayın 1-də Kolumbiyanın Kaketa departamentində göyərtəsində yeddi nəfərin olduğu “Cessna 206” təyyarəsi qəzaya uğrayıb. Mayın 15-də hərbçilər meşədə təyyarənin qalıqlarını və 3 insan cəsədi tapıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də