Bir müddət əvvəl bloqer Nail Kəmərlinin “YouTube” kanalına müsahibə verən keçmiş avtoritet Stanislav indi narkomaniyadan əziyyət çəkdiyini deyib. Bundan əlavə o, uşaq evində böyüdüyünü və uşaqlıq dövrünün heç də gözəl keçmədiyini dilə gətirib. Stanis 18 yaşında həbs olunduğunu və bundan sonra onun həyatında kriminal yaşayışın başladığını bildirib:
“Səhər saat 6-da bizi yuxudan döyə-döyə oyadırdılar. Qış vaxtı bir dənə şalvarda bədənimizdə heç nə olmurdu. 18 yaşımdan oğru yoluna düşmüşəm, daha sonra isə narkotikə qurşandım. İndi isə artıq özümə gəlmişəm, bir az yaxşıyam”.
Referans.az daha ətraflı videosujeti təqdim edir: