Gəncədə şantaj edildiyini bildirən 61 yaşlı qadın polisə müraciət edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 13-də ərizə ilə polisə müraciət edən Sünbül Qəmbərova (şərti) Vüsal adlı şəxsin onu hədələdiyini bildirib.
Şikayətçi qeyd edib ki, həmin şəxs onu mart ayının 7-dən etibarən şantaj edir. Kişinin ondan intim görüntülərini yayacağı hədə-qorxusu ilə 2350 manat pul aldığını bildirən qadın polisin məsələyə müdaxilə etməsini istəyib.
Müraciətlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.
Milli.Az