Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“MİSLİ” MƏNTƏQƏLƏRİNDƏ İŞ ÖLÜB: BU BİZNES NİYƏ BATIR ?

Bakıda fəaliyyət göstərən “Misli” bukmeyker kontorlarında seyrəklik müşahidə olunur. Tribunainfo.az-ın əməkdaşının apardığı müşahidələrə görə, bu məntəqələrə az sayda insan təşrif buyurur. Buna səbəb kimi həm onlayn qaydada mərc oyunlarının təşkilidirsə, digər amil marağın olmamasıdır. Bundan əvvəl “Topaz” obyektləri də eyni aqibəti yaşamışdı. İndisə “Misli” məntəqələrində məzarlıq sükutudur. Əməkdaşımız öyrənib ki, bu obyektlər çox zəif işləyir, hətta ən gərgin futbol oyunları olan günlərdə də gələnlər az olur. Obyekti işlədənlər də vəziyyətdən narazıdırlar. Qeyd edək ki, Misli» məntəqələri – məntəqəni açmaq istəyən şəxslə “Azərlotereya” ASC arasında bağlanan agentlik müqaviləsi əsasında açılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də