Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Toyuğun bu hissələrini əsla yeməyin

Toyuq əti zülalla zəngin qidadır. Dünyada ən çox yeyilən ət növlərindəndir.


Yüksək protein və aşağı yağ tərkibinə görə sağlam qida mənbəyi hesab olunur. Bununla belə, toyuq ətinin bəzi mənfi təsirləri var.



RegionTV toyuq ətinin bir sıra faydaları və ziyanlarını təqdim edir.

Toyuq ətinin sink, selenium, dəmir, maqnezium, kalium, B12 vitamini və niasin mövcuddur. Omeqa-3 yağ turşuları ilə də zəngindir.

Aşağı kalorili protein mənbəyidir. Protein, əzələləri bərpa etmək, immunitet sistemini gücləndirmək və enerji təmin etmək üçün mühüm maddədir.

Toyuq əti həm də xolesterin səviyyəsini aşağı salır. Bunu bəzi araşdırmalar da təsdiq edib.

Həmçinin, depressiya ilə mübarizədə kömək edir. Tərkibindəki triptofan adlı amino asid, beyində serotonin həcmini artıra bilər. Serotonin əhval ruhiyyəni yaxşılaşdırır və duyğusal sağlamlıq üçün önəmlidir.

Bunlarla yanaşı, toyuq ətinin zərərləri də var. Toyuq ciyəri, bir çox maddələrlə zəngindir. Tərkibində B vitamin, dəmir, protein mövcuddur. Lakin toyuq ciyərində yüksək xolesterin var. Davamlı yedikdə, qanda xolesterin səviyyəsi artır.

Bununla da ürək xəstəliyi riskləri də çoxalır. Eyni zamanda, qaraciyərin sağlamlığı üçün də təhlükəlidir.

Toyuq quyruğu da sağlamlıq üçün zərərli olan ətdir. Tərkibində yüksək miqdarda doymuş yağ və xolesterin mövcuddur. Bu ürək xəstəliklərinə gətirib çıxara bilər. Həmçinin, artıq çəki və piylənməyə səbəb ola bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də