Dünyada izlənilən tendensiyaya görə, bazarlarda neftin qiyməti ucuzlaşanda yanacaq, o cümlədən benzin ucuzlaşır. Yaxud əksinə, neft bahalaşanda, benzin də bahalaşır.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0.73% azalaraq, 1 barelə görə 73.63 dollar təşkil edib.
Neftin qiymətinin bu cür kəskin şəkildə aşağı düşməsi öz növbəsində digər enerji daşıyıcılarının də qiymətinə təsir edir və edib. Maraqlıdır, neftin qiymətinin gözlənilmədən bu qədər aşağı enməsi Azərbaycanda benzinin qiymətinə necə təsir edəcək? Benzinin, eləcə də dizelin qiyməti aşağı düşə bilərmi?
Məsələ ilə bağlı "Referans.az"-a açıqlamasında iqtisadçı Xalid Kərimli qeyd edib ki, bəzi yanacaq növləri tarif şurası tərəfindən tənzimlənmədiyi üçün dəyişiklikləri gözləmək olar.
"Azərbaycanda Aİ-92 və dizel yanacağının qiymətini Tarif Şurası tənzimləyir. Aİ-95 ("Premium") və Aİ-98 ("Super") bu yanacaqların qiymətini isə Tarif Şurası tənzimləmir. Amma faktiki olaraq, SOCAR-ın müşahidə şurası buna qərar verir. Məsələ ondan ibarətdir ki, doğurdan da benzinin qiyməti dünya bazarında ucuzlaşıb, amma qalxanda da Azərbaycanda Aİ-92 dizel qaldırılmamışdı. Onu hökumət subsidiyalaşdırmışdı. İndi isə, düşəndə də Aİ-92 və dizel yanacağının qiymətinin düşməsini gözləmək yersizdir. Amma məsələ ondan ibarətdir ki, Aİ-95 ("Premium") və Aİ-98 ("Super") benzinlərinin qiymətinin əhali tərəfindən düşməsini gözləmək məntiqlidir. Çünki, burada qiymətlər qalxanda hökumət benzinin qiymətini 2 manata qaldıranda elan edilmişdi, və doğurdan da bizdə vəziyyət belədir ki, Aİ-95 ("Premium") və Aİ-98 ("Super") idxal olunur. Hazırda onların istehsalını biz təşkil etmirik. Ona görə də onu baha qiymətə alıb, ucuz qiymətə əhəliyə satmaq doğru deyil. İndi də əks prosesdə bir gözlənti varki, qarşıdakı aylarda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") yanacaqlarının qiymətlərinə hökumət və SOCAR baxsın. Yəni, bu gözlənti var. Çünki bahalaşanda qiymətlər qaldırılmışdı, ucuzlaşanda da endirməklə əlaqəli bir davranış gözlənilir".
Xatrıladaq ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.67% azalaraq 69.57 dollara bərabər olub.
Xəbəri paylaş