"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunun erkən çempionluğunu şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" baş məşqçi kimi ilk dəfə La Liqanın qalibi olan mütəxəssisin dediklərini belə təqdim edib:
“Çətin anlar yaşadıq, tənqidlər çox oldu. Gördüyümüz iş lazımincə qiymətləndirilmir. Amma bura "Barselona"dır və mən bu şeylərə bələdəm.
Qalan dörd görüşdə qalib gəlmək istəyirik. Biz artıq məqsədimizə çatmışıq və bu, heç də asan olmadı”.
Qeyd edək ki, "Barselona" son 4 ildə ilk dəfə İspaniya çempionu olub. Beləliklə, kataloniyalılar 27 qat İspaniya çempionluğunu bayram edib.