Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda səslərin sayılması zamanı baş verən davada 4 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, hadisə Qazipaşa Məhəlləsindəki Lütfiyə Benli Orta Məktəbində səslərin sayılması zamanı baş verib.
Mübahisə zamanı 4 nəfər bıçaqlanıb.
Yaralılar Tarsus Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.
İqbal Rzayev,
KONKRET.az