Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropa İnsan Haqları Məhkəməsi Saakaşvili barədə QƏRAR VERDİ

Avropa İnsan Haqları Məhkəməsi Saakaşvilini xaricə müalicə üçün transfer etməkdən imtina edib.

Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə bildirib.

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Vəkillər iddia edirlər ki, Saakaşvilinin demensiya, kaxeksiya və açıq-aşkar ataktik sindromu var ki, bu da azadlığa buraxılması üçün əsasdır.

Lakin Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilini xaricə müalicə üçün köçürməkdən imtina edib,

Apreldə Saakaşvilinin vəkilləri Gürcüstanın iki instansiya məhkəmələrinin səhhəti ilə bağlı onun cəzasını azad etməkdən və ya təxirə salmaqdan imtina etməsindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriblər.

“Bu gün Strasburq məhkəməsinin qərarı dərc edilib. Ona əsasən, məhkum Mixail Saakaşvilinin Varşavaya köçürülməsinə icazə verilməyib. Eyni zamanda, onun ölkə daxilində başqa tibb müəssisəsinə köçürülməsi barədə dövlətə göstəriş verilməyib”, – deyə Breqadze bildirib.

Onun sözlərinə görə, bu qərar dövlətin bütün hərəkətlərinin düzgün olduğunu və insan hüquqlarının ən yüksək standartlarına cavab verdiyini göstərir.

O əlavə edib ki, Saakaşvili “özünü şikəst etmək və böhtan kampaniyaları ilə məşğuldur”.

Xuraman Etibarlı,


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də