Numeroloqlar bildirir ki, hər bürcün özünəməxsus şans sayı var. Bu nömrələr onların xoşbəxt və zəngin olmasına kömək edir.
RegionTV lent.az-a istinadən bürclərin özünəməxsus sehrli rəqəmlərini təqdim edir:
Qoç
Qoç bürcünün xoşbəxtlik sayı 4-dür. Bu, onlara harmoniya tapmağa, işdə uğur qazanmağa kömək edir. 4 rəqəmi bu bürcün nümayəndələrinə böyük uğurlar gətirə bilər.
Buğa
8 rəqəmi Buğa üçün ideal hesab olunur. Bu, onlara pul cəlb etməyə və misilsiz karyera yüksəkliklərinə çatmağa yardım edir. Buğalar öz mənzillərini, telefon nömrələrini və hətta avtomobillərini 8 nömrəli nişanla seçməlidirlər. Bununla onlar həyatlarına çoxlu xoşbəxtlik cəlb edəcəklər.
Əkizlər
Əkizlər üçün uğur sayı 7-dir. Numeroloqlar deyirlər ki, yeddi bu bürcün nümayəndələrini çətinliklərdən qaçmağa kömək edir. Bu rəqəm çox vaxt Əkizlər üçün şans cazibəsi olur.
Xərçəng
3 nömrə Xərçənglərə uğur və xoşbəxtlik gətirən saydır. Bu bürcün nümayəndələri zirvələrə asanlıqla çatırlar. Ancaq bəzən onlar dəstəyə ehtiyac duyurlar. Elə 3 rəqəmi də onların uğurlu saylarıdır. Bununla onlar məqsədlərini həyata keçirə bilərlər.
Şir
Numeroloqlar Şirlərin xoşbəxtlik sayının 1 olduğuna inanırlar. Bu, onlara insanlarla ümumi dil tapmağa və mürəkkəb problemləri həll etməyə kömək edir. 1 rəqəmi Şirlər üçün uğura yol açır.
Qız
Qızların xoşbəxtlik kodu 5 nömrədir. Qızlar tez-tez müəyyən sınaqlarla üzləşməli olurlar. Buna görə, nə isə seçərkən rəqəminə diqqət edilməlidir. Bu onlara bir çox cəhətdən kömək edəcəkdir.
Tərəzi
6 rəqəmi Tərəzi bürcünə uğurlar gətirir. Numeroloqlar hesab edirlər ki, bu bürcün nümayəndələri tez-tez tarazlıq tapmağa çalışırlar, lakin onlar heç də həmişə vaxtında bir araya gəlib istədikləri tarazlığı tapa bilmirlər. Bu məsələdə 6 onların sehrli nömrələridir.
Əqrəb
2 rəqəmi Əqrəblər üçün ideal saydır. 2 bürcün nümayəndələrinə çoxlu şans gətirməyi bacarır.
Oxatan
Oxatanlar üçün zənginli sayı 9-dur. Numeroloqların fikrincə, bu rəqəmə tez-tez diqqət etsələr, oxatanların çoxlu pul qazanma şansları artar. Bundan əlavə, doqquz Oxatanlara həyatlarındakı sevgini tapmağa da kömək edə bilər.
Oğlaq
Oğlaqlar əgər bir rəqəm seçəcəklərsə, bu mütləq 4 olmalıdır. Çünki onların uğurlu sayı 4-dür. Bu nömrə oğlaqlar üçün yeni imkanlar açmağa və həyata müsbət enerji cəlb etməyə qadirdir. Dörd Oğlaqlara özlərində yeni istedadlar kəşf etməyə kömək edəcək.
Dolça
Dolçaların şans rəqəmi 5-dir. Bu say Dolçaların həyatına inam cəlb etməyi bacarır. Bəzən Dolçalar üçün mübarizə aparmaq çətin olur. 5 onları bu çətinliyi dəf etmək üçün çox kömək olacaq.
Balıq
Balıqların uğur sayı 7-dir. Normalda da 7 həmişə uğur sayı adlanır. Amma balıqlar üçün bu ultra şans gətirir. Bu rəqəm bu bürcün nümayəndələrinə yüksəkliklərə çatmağa və bütün arzularını gerçəkləşdirməyə kömək edir.