Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaqocanın həbsi təsdiqləndi - O, kimin şikayəti ilə saxlanılıb? (RƏSMİ)

"Tik-Tok" sosial şəbəkəsi istifadəçisi Hüseynov Xəqani  həbs edilib. 

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. O, qeyd edib ki, X.Hüseynov Azər Əmirovun şikayəti əsasında saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərari ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (xırda xuliqanlıq) əsasən 10 sutka azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Xəqani Hüseynov sosial şəbəkələrdə "Xaqocan" təxəllüsü ilə məşhurlaşıb.

Manşet.az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də