Birləşmiş Ərəb Əmirlikləri Universitetindəki Mühəndislik kollecinin bir qrup tələbəsi xəstələrin məsafədən izlənməsi üçün yeni bir cihaz yaradıb. Cihaz pasientlərin klinika və tibb mərkəzlərində keçirdiyi vaxtın azaldılmasına kömək edəcək, həmçinin, uşaqların, yaşlıların və diaqnoza ehtiyacı olan digər insanların enerjisinə qənaət olunmasına şərait yaradacaq.
Bu yenilik müsəlman tələbə qızlar Mariam Hassan Ali al-Ali, Şamma Əhməd Səlim əl-Mazrui, Amira Səid Məhəmməd əl-Mazrui, Vaad Səid Səlim əl-Məzrui və Doha Tovfiq Cəmil Kulaib tərəfindən həyata keçirilən bir diplom layihəsinin nəticəsidir.
"Daşınması asan olan bir anten ötürücü ixtira etdirə bildik- deyir tələbələr, - Bu, daimi nəzarət tələb edən xəstəlik hallarının uzaqdan izlənməsi üçün istifadə edilən ən kiçik simsiz cihazlardan biridir".
Xəstələrin həyati göstəricilərini, məsələn, temperatur, orqanizmin rütubət səviyyəsi və s. izləmək üçün bədənə qoşulan müxtəlif sensorlar hazırlanıb.
Bu qurğunun məqsədi sağlamlıq mərkəzlərinə davamlı ziyarətə ehtiyacı olan, lakin “COVID-19” pandemiyası şəraitində xəstəxanalara tez-tez baş çəkmələri riskli ola biləcək xəstələrə, xüsusən də yaşlılara və uşaqlara dəstək verməkdir.