Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Çelsi"dən antirekord, Lempard tarixə düşdü

İngiltərə Premyer Liqasının 34-cü turunun matçında "Çelsi" "Arsenal"a 1:3 hesabı ilə uduzub.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bununla da "zadəganlar" antirekord müəyyənləşdiriblər.

Belə ki, "Çelsi" 1993-cü ildən bəri, başqa sözlə, son 30 ildə  ilk dəfə ardıcıl 6 məğlubiyyətə uğrayıb.

London klubu Premyer Liqada 12-ci yerdədir. Hazırda komandaya Frank Lempard rəhbərlik edir. Aprelin əvvəlində "Çelsi"yə keçən Lempard klub tarixində ilk 5 matçda məğlub olan ilk məşqçi olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də