Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fəridin ölümü ilə bağlı yeni təfərrüatlar - VİDEO

Sumqayıtda idman zalında məşq zamanı 7 yaşlı uşağın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.


19 saylı məktəbin idman zalında məşq edərkən halı pisləşən, daha sonrası dünyasını dəyişən 7 yaşlı Fərid Bakarovun babası Ələsgər Məlikov yeni məqamları açıqlayıb.

Onun sözlərinə görə hadisə baş verən gün Fərid Bakarovun anası zalın kənarında gözləyirmiş.

Məşq qurtarandan sonra isə uşağın halının pisləşib. Dərhal azyaşlı evinə gətirilib. Anası evdə onun bədənində xəsarətlər olduğunu görüb və uşaq dərhal xəstəxanaya aparılıb.

Azyaşlının valideynləri bir müddət əvvəl boşanıblar. Ona görə də, uşaq anası ilə birgə babası gildə qalırmış. Ata isə hadisədən sonra xəbər tutub.

İdman zalı isə məşqçiyə kirayə verilibmiş.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir.

Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb.

Bu arada idman zalında azyaşlının öülümündə şübhəli bilinərək saxlanılan Mehman Xəlilov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Cüdo Fedarasiyasının açıqlamasında isə qeyd olunur ki, Mehman Xəlilova məşqçi kimi fəaliyyət göstərməsi üçün hər hansı bir lisenziya verilməyib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də