Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-da təyyarə qəzasında üç nəfər həlak olub

ABŞ-da Biq-Bir-Siti hava limanı yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı üç nəfər həlak olub.

RegionTV.info-nun məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “ABC7” telekanalı xəbər yayıb.

Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 01:00) qəzaya uğrayıb. Təyyarədə olan hər üç nəfər həlak olub.

Hadisənin təfərrüatları hələlik məlum deyil.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də