Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin uzadılmasını təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini təqdim edib.

RegionTV.info  xəbər verir ki, qanun layihələri bazar ertəsi Radanın saytında yer alıb.

Lakin müddətlərin nə qədər uzadılacağı məlum deyil, hələlik layihələrə də dair izahlı qeydlər yoxdur.

Qeyd edək ki, Ukraynada 2022-ci il fevralın 24-də hərbi vəziyyət rejimi tətbiq olunub, ertəsi gün Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Nəticədə hərbi xidmət keçməli olan kişilərin ölkədən çıxışı qadağan edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də