Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacıqabulda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var-FOTO

Hacıqabul rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

RegionTV.info  xəbər verir ki, hadisə rayonun Padar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsilə meyvə-tərəvəz daşıyan “Ford Tranzit” markalı yük avtomobili toqquşub.

Nəticədə “Ford Tranzit”in sürücüsü, 40 yaşlı Füzuli rayon sakini Hacıyev Elşad Şirxan oğlu və onun sərnişini, 33 yaşlı Ucar rayon sakini Nuriyev Hilal Atamoğlan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də