Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirdə bəyin qardaşı toy karvanında qəza törədib, yaralananlar var

Şəmkir rayonunda toy karvanında hərəkətdə olan avtomobil maneə çırpılıb, xəsarət alanlar var.

RegionTV.info-nun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Toy mərasiminin keçirildiyi şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü olan bəyin qardaşı 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb.

Sürücünün xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də