Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göyçayda Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Göyçayda Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

RegionTV.info  xəbər verir ki, tədbir Göyçay Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Tədbirdə çıxış edən Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Digər çıxış edənlər bildiriblər ki, Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim-oftalmoloq olmaqla yanaşı Ulu Öndərin ən yaxın silahdaşı, ölkə Prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev də digərləri Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksəkixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər. Tədbirdə akademik Zərifə Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də