Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT Baş katibi ABŞ dövlət katibi ilə görüşüb

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

RegionTV.info  xəbər verir ki, ikili görüşdə Sudandakı münaqişə, Əfqanıstanda mövcud vəziyyət və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə məsələləri müzakirə edilib.

A. Quterreş və E.Blinken görüşdə Sudanda baş verən münaqişənin tez zamanda dayandırılması və atəşkəsin kritik əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.

Baş katib eyni zamanda ABŞ rəsmisinə onun və BMT-nin digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığını bildirib.

İkili görüşdə ev sahibi ölkə sazişi ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də