Bakının Xətai rayonunda qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, motosikletlə kuryer işləyən 20 yaşlı Eliza adlı qız hərəkətdə olarkən avtomobillə toqquşub.
Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.