ABŞ-ın Virciniya ştatı Vaşinqtonda Milli Qvardiyanın hərbçilərini göndərir.
Bu barədə ştatın qubernatoruna istinadən "Reuters" bildirib.
Eyni zamanda ABŞ prezidenti Donald Tramp da etirazçıların zorla daxil olduqları Konqresə Milli Qvardiyanın hərbi qulluqçularını göndərmək barədə göstəriş verib.
"Washington Post" Vaşinqtonun 1 100 hərbçisinin etirazçıların qarşısının alınması üçün səfərbər olunduqlarını xəbər verib.