"Transfermarkt " portalı cari mövsümün sonunda klubları ilə müqavilələrinin müddəti başa çatacaq ulduzların rəmzi yığmasını təqdim edib.
Fanat.Az xəbər verir ki, onların ümumi bazar dəyəri 349 milyon avrodur.
Qapıçı: David de Xea ("Mançester Yunayted", 15 milyon avro).
Müdafiəçilər: Aleks Qrimaldo ("Benfika", 25 milyon), Evan Ndika ("Ayntraxt", 32 milyon), Milan Şkrinyar ("İnter", 60 milyon), Nelson Semedu ("Vulverhempton", 15 milyon).
Yarımmüdafiəçilər: Adrien Rabyo ("Yuventus", 30 milyon), Daiti Kamada ("Ayntraxt", 30 milyon), Yuri Tilemans ("Lester", 30 milyon).
Hücumçular: Markus Türam (Mönhenqladbax "Borussiya"sı, 32 milyon), Kərim Benzema ("Real Madrid", 35 milyon), Lionel Messi (PSJ, 45 milyon).
Nihat