Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident Fərman İMZALADI

2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də