Bu gün sosial şəbəkələrdə, bir çox "instagram" və "Tik-tok" səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün şəhidin atası Arif Mustafayevlə əlaqə saxladıq.
AZXEBER.COM-a danışan şəhid atası məlumatın doğru olduğunu bildirib: "Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki?
O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib:"Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb".
Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.