Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bina sakinləri bu komendantın əlindən “qan ağlayır” - VİDEO

Abşeron rayonunda yaşayış binasinin komendantı sakinləri xüsusi formada cəzalandırıb.

 

Bir neçə şəxsin borcuna görə, bütün bina sakinlərinin gündəlik istifadə etdiyti liftin fəaliyyəti dayandırılıb. Mənzillərə verilən içməli su isə kəsilib.

 

Sakinlər iddia edir ki, Elmar Məmmədov adlı komendant borclu qalan, indi isə binada yaşamayan şəxslərdən komunal haqqını ala bilmədiyindən yeni üsula əl atıb.   Hazırda sakinlər çarəsiz durumda qalıblar.

 

"Binalara nəzarət edən komendant Elmar Məmmədovla əlaqə qurmaq cəhdləri alınmayıb"

Ərazi üzrə Mənzil İstismar Sahəsindən "XəzərXəbər"ə bildirildi ki, şikayət edən vətəndaşların hamısı həmin binada kirayədə qalanlardır. Onlar da bu vaxta qədər heç bir komunal haqqını ödəməyib.

 

"Hazırda 69 saylı binanın Mənzil İstismar Sahəsinə 6900 manat borcu var"

 

Borc ödənildiyi təqdirdə problemlər aradan qaldırılacaq.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də