Salyan rayonunun Qızılağac kəndində 35 yaşlı kişi intihar edib.
RegionTV.info-nun məlumatına görə, kənd sakini, 1988-ci il təvəllüdlü Mikayılov Valeh Əliş oğlu həyətdəki ağacdan özünü asıb.
V.Mikayılovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.