Goranboy rayonunun Kələk kəndində hektarlarla arpa və buğda sahələri susuzluqdan yanır.
RegionTV.info xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, arpa, buğda təxminən 1 aydan sonra biçinə hazır olmalıdır, ancaq onların əkinləri sonuncu dəfə noyabr - dekabr aylarında suvarıldığı üçün yetişmə gecikir.
Bu səbəbdən də həmin torpaq sahələrində məhsuldarlıq xeyli aşağı olacaq.
Kələk kəndində artezian quyuları normal işləmədiyindən kəndlilər Şəmkir maşın kanalından yararlanmağa cəhd ediblər, lakin oradan da sakinlərə su verilməyib. Beləcə, sahələr yanaraq məhv olub.
Goranboy rayon Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən kənd ərazisində fəaliyyəti dayanan subartezian quyusu 2023-cü ilin bərpa proqramına salınıb. Kələk kəndinə Şəmkir maşın kanalından su verilməsi məsələsinə gəldikdə isə, Şəmkirçay su anbarı və magistral kanalların istismarı idarəsindən qeyd edilib ki, aprelin 28-də kanala su vurulacaq.
Daha ətraflı süjetdə: