Bazar ertəsi Pakistanın şimal-qərbində terrorlamübarizə idarəsinin silah-sursat anbarında törədilən iki partlayış nəticəsində azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
RegionTV.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Əyalət polisinin məlumatında ehtimal edilib ki, döyüş sursatları elektrik qısaqapanması səbəbindən alovlanıb.
Açıqlamaya görə, hazırda kənardan hücuma dair heç bir dəlil müəyyən edilməyib.