ABŞ istənilən vaxt, istənilən yerdə Koreya Xalq Demokratik Respublikası ilə (KXDR) danışıqlara hazırdır.
RegionTV.info xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
O, ölkəsinin müəyyən şərtlər daxilində KXDR-ə humanitar yardım göstərməyə açıq olduğunu bəyan edib.
"Biz ciddi problemlərin həlli üçün istənilən vaxt və hər yerdə görüşməyə hazırıq. KXDR xalqına kömək etmək üçün müvafiq təminatlarla humanitar yardım göstərməyə açığıq", - deyə o əlavə edib.