“Almaniya Ukraynaya döyüş təyyarələrini təhvil verməlidir ki, ölkə öz təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edə bilsin”.
RegionTV.info xəbər verir ki, bu fikri istefada olan general, NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovodakı beynəlxalq təhlükəsizlik qüvvələrinin keçmiş komandanı Erhard Byuler “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.
General Ukrayna hərbçilərinin zəif təchiz olunmasına görə bilavasitə Almaniya hökumətinin məsuliyyət daşıdığını hesab edir. O bildirib ki, ölkə silah tədarükü ilə bağlı qərarını çox gec qəbul edib, ona görə də Ukrayna hələ də müasir texnika çatışmazlığı yaşayır.
Byuler həmçinin qeyd edib ki, alman rəsmiləri Ukrayna tərəfinin müraciətlərinə mümkün qədər tez cavab verməli və Kiyevə təkcə hava hücumundan müdafiə döyüşü üçün silah deyil, həm də dünyada bolluqda olan “Amerika” istehsalı olan “F-16” qırıcıları kimi döyüş təyyarələrini təhvil verməlidir.