Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keniyada dünyanın sonunu gözləyən 47 nəfər aclıqdan ölüb

Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış “Xoş xəbərlər” beynəlxalq kilsəsinin üzvlərinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Keniyanın şərqində son üç gündə tapılan cəsədlərin sayı 47-yə çatıb. Onlar dünyanın sonunun yaxınlaşdığını düşünüb və bu səbəbdən aclıq edib.

RegionTV.info   xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, Polis Malindi şəhəri yaxınlığında aparılan işləri davam etdirir.

Keniyanın dövlət televiziyası “KBC” isə bildirib ki, Malindi bölgəsində 58 məzar tapılıb, bəzilərində bir neçə nəfər basdırılıb. Artıq bəzi məzarlar polis ekspertləri tərəfindən açılıb, digərlərinə yaxın günlərdə baxış keçiriləcək.

Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də