RegionTV.info
Silahlı şəxslər Xartumdakı Kobar həbsxanasına hücum ediblər.
Bu yer Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir və onun rejiminin bir çox funksionerlərinin saxlanılması ilə tanınır.
Bundan az əvvəl cəzaçəkmə müəssisəsinin divarları yaxınlığında ordu hissələri ilə çevik reaksiya bölmələri arasında toqquşma olub.
Məlumata görə, Əl-Bəşir və onun tərəfdaşlarının bir qismi qaçmağa müvəffəq olublar.
Xatırladaq ki, bir neçə gün əvvəl Kobar həbsxanası artilleriyadan atəşə tutulub. Nəticədə beş məhbus ölüb.
Sudanda həssas obyektlərə hücumlar davam edir.