RegionTV.info
Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib.
Qanun iyul ayından tətbiq edilməyə başlayacaq. Bununla bağlı Əmək Məcəlləsinə də müvafiq dəyişiklik edilib. Qanuna görə, zəruri hallarda müəssisələr 4 günlıük iş həftəsi tətbiq edə bilər.
İstər 4, istərsə də 5 günlük iş həftəsində bazar istirahət günü hesab olunur. 4 günlük iş həftəsində digər istirahət günləri kollektiv müqavilə ilə müəyyən edilir.
Yeni qanun istehsalın dayandırılması mümkün olmayan müəssisələrə şamil edilmir