Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan güləşində yeni rekord

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

RegionTV.info   xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də