Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.
RegionTV.info-nun məlumatına görə, “20 Yanvar” stansiyasının yanında baş verib.
1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.