Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yardımlıda avtomobil dərəyə aşıb, bir ailənin 3 üzvü xəsarət alıb

Yardımlı rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Şükürov Ramil Şamil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində Ramil Şükürov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şükürova Çiçək Ümidvar qızı və azyaşlı övladları 2013-cü il təvəllüdlü Şükürova Ramina Ramil qız xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də