Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Makron: “Fransada ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq”

“Fransada ərzaq qiymətlərindəki artım yazın sonuna qədər davam edəcək”.

RegionTV.info  xəbər verir ki, bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

“Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, - deyə o qeyd edib.

Fransa lideri qeyd edib ki, əmək haqqının indeksləşdirilməsi işəgötürənlərin əsas rol oynamalı olduğu dialoqun mövzusuna çevrilməlidir.

“France Info” radiostansiyasının məlumatına görə, ərzaq qiymətləri fevralda 14,8% olduğu halda, mart ayında illik müqayisədə 15,9% artıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də