Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçmazda avtomobilin vurduğu piyadanın boynu sınıb

Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Yusubov Dünyadur Ağa oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı və qapalı onurğa travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də