RegionTV.info
Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir.
Xəbər verdiyimiz kimi, ötən gün Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda basdırdıqları mina partlayışı nəticəsində 3 hərbi qulluqçumuz xəsarət aldı.
Ermənistan təxribatlarına ara vermir, ordumuz yaxın vaxtlarda növbəti antiterror əməliyyatı keçirə bilər.
“Aprelin 22-i Allahqulular kəndi ətrafında yolun hərəkət istiqamətində partlamış minalar Ermənistan tərəfindən nə vaxt basdırılıb?”
Hərbi eskpert Ədalət Verdiyev deyir ki, biz eyni hadisə Kəlbəcər azad olunandan sonra jurnalistlərin yolun hərəkət hissəsində basdırılan minaya düşərək şəhid olması zamanı yaşamışıq. Ermənistanın minaları yolun hərəkət hissəsinə basdırmaqla Azərbaycan ordusunun itki verməsinə çalışır.
Görünür Ermənsitanın bu cür təxribatları davam edəcək. Çünki hələ də bu ölkədən Azərbaycan ərazilərinə qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınır. Bu qanunsuz fəaliyyətə Rusiya sülhməramlıları tərəfindən şərait yaradılır.
Elə ötən gün axşam saatlarında Laçın rayonu ərazisində yerləşən müşahidə kameraları tərəfindən qeydə alınan bu videogörüntülərdən də aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən hərbi təyinatlı avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, belə olan vəziyyətdə Azərbaycanın öz ərazilərində növbəti antiterror əməliyyatı aparması üçün hüquqi əsas yaranır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: