Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN 9 yaşlı uşağın qəzada həlak olması ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB - FOTO

RegionTV.info

Ucarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə  DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***10:19

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

RegionTV.info  xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı avtomobildə olan bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də